YAY BİTİR, İMTAHAN HƏYACANI BİTMİR… “MÜƏLLİM VƏ ŞAĞİRDLƏRƏ YAZIĞINIZ GƏLSİN”

YAY BİTİR, İMTAHAN HƏYACANI BİTMİR… “MÜƏLLİM VƏ ŞAĞİRDLƏRƏ YAZIĞINIZ GƏLSİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Valideynlərə, müəllimlərə, şagirdlərə yazığınız gəlsin. İnsanların konstitusiya ilə təsbit olunan istirahət hüququ kobud şəkildə pozulur. Bir tədris ili başa çatandan digər tədris ili başlayanadək tətil dövründə ancaq həyəcanla imtahanlar keçirilir, imtahan cavabları gözlənilir və bir də baxırsan ki, artıq növbəti tədris ili başlanıb. Nə valideyn dincələ bilib, nə müəllim, nə də şagirdlər.

Tribunainfo.az yazır ki, olduqca əhəmiyyətli mövzu barədə təhsil eksperti Elçin Əfəndi yazıb. Yuxarıda qeyd edilənlərin davamı olaraq ekspert bildirib ki, təhsil sferasında dəyişiklik mütləq lazımdır:

“Qəbul imtahanlarından fənn sayı minimallaşdırılmalı, imtahan sualları sadələşdirilməlidir ki, uzun müddət cavabların yoxlanılmasına ehtiyac qalmasın. Təhsilin əlçatanlığı təmin edilməlidir”.