“Yaxşı insanların mehribanlığından sui-istifadə etsəz bu sizə baha başa gələ bilər”- Psixoloq

“Yaxşı insanların mehribanlığından sui-istifadə etsəz bu sizə baha başa gələ bilər”- Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dərəcə mehriban, səmimi və ünsiyyətcil bir insanla qarşılaşdığınız zaman heç vaxt unutmaq lazım deyil  ki, belə insanların əks üzü də var və bu, onların xeyirxah və işıqlı tərəflərindən heç də az güclü deyil. Tribunainfo.az xəbər verir ki,bu barədə rus psixoloq Viola Maro bildirir:

“Sadəcə olaraq, bu insanlar müxtəlif  həyat böhranları, çətin vəziyyətlər, dönüş nöqtələri keçirdikləri üçün şüurlu şəkildə  işıqlı tərəfdə dayanmağı seçirlər.

Onlar insanları itirə-itirə, cürəbəcür insanlarla tanış olaraq, bu nöqtəyə gəlmişlər, şüurlu olaraq mehriban, açıq və ünsiyyətə hazır olmağı seçirlər.

Belə insanlar çox yüksək səviyyədə özlərini idarə edirlər, onların güclü cəhətlərindən biri zəiflikləri üzərində tam nəzarətdir.

Yaddan çıxarmayın ki, onların digər, görünməyən, görsətmədikləri üzü heç yerə yoxa çıxmayıb, ölməyib, sadəcə yatıb.

Onların mehribanlığından, açıqlığından heç vaxt sui-istifadə etmək lazım deyil, bu sizə çox baha başa gələ bilər. Buna görə də elə etməyin ki, onlar sizə digər üzlərini göstərsinlər ”.

İmran Kərimli