“Qərb siyasətçiləri Yaxın Şərqdə böyük münaqişəni qızışdırırlar”.
Tribunainfo.az-ın xəbərinə görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov “Rusiya” beynəlxalq sərgi-forumu çərçivəsində “Bilik cəmiyyəti” marafonunda çıxışı zamanı deyib.
O, xüsusilə qeyd edib: “İndi biz anqlo-saksonların sözün əsl mənasında Yaxın Şərqi böyük müharibəyə təhrik etdiyini görürük!”
Lavrovun fikrincə, Ukraynada da belə bir şey görmək olar və belə siyasətin nəticəsi dövlətçiliyin itirilməsi və ya zəifləməsinə gətirib çıxarır.
“Qərb öz problemlərini başqalarının hesabına həll etməyə, başqalarının resurslarından istifadə etməyə öyrəşib və qlobal proseslərin əksinə olaraq, dövlətlərin daxili işlərinə qarışaraq dünyanı idarə etməyə ümid edir”, – Lavrov yekunlaşdırıb.