Yaxın Şərqdə 3 min il ərzində sülh nizamlanması olmayıb – Tramp

Yaxın Şərqdə 3 min il ərzində sülh nizamlanması olmayıb – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp yeddi silahlı münaqişənin həllinə nail olduğunu bildirib.

 Tribunainfo.az xəbər verir ki, o, bunu ABŞ Dəniz Piyadaları Korpusunun Kuantiko (Virciniya ştatı) bazasına yola düşməzdən əvvəl jurnalistlərlə söhbət zamanı bildirib.

“Mən yeddi müharibəni nizamladım. Dünən biz, ola bilsin ki, onlardan ən böyüyünü həll etdik. Hərçənd bilmirəm – Pakistan və Hindistan arasındakı münaqişə də çox ciddi idi”, – ABŞ Prezidenti qeyd edib.

O, həmçinin əldə edilmiş irəliləyişin əhəmiyyətini vurğulayıb. “Yaxın Şərqdə 3 min il ərzində sülh nizamlanması olmayıb”, – Tramp deyib.