YATMAYAN KÖRPƏLƏRƏ BU DƏRMANI VERMƏYİN – PEDİART

YATMAYAN KÖRPƏLƏRƏ BU DƏRMANI VERMƏYİN – PEDİART

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yatmayan körpələrə ketotifen dərmanı vermək qətiyyən olmaz. Ketotifen yuxu dərmanı deyil və davamlı istifadəsi zamanı yan təsirləri olur.

Tribunainfo.az yazır ki, bu barədə danışan pediatr Nigar Süleymanova bildirib ki, bir çox ana körpəsi yatmadığı üçün ona az miqdarda ketotifen dərmanı verir. Həkimin sözlərinə görə, allergiya eleyhinə dərman preparatı olan ketatifenin davamlı istifadəsinin xoşagəlməz təsirləri var:

“Həkim göstərişi olmadan uzunmüddətli istifadəsi zamanı körpənin qaraciyərinə ziyan vurur, sinir sisteminə mənfi təsir göstərir ki, bu da gələcəkdə ağır xəstəliklərə yol aça bilir. Körpələrdə yuxusuzluq problemi bəzən normal hal kimi, bəzən isə hansısa xəstəliyin,narahatlığın əlaməti kimi dəyərləndirilir. Əgər sizin də “yuxusuzluq” kimi şikayetiniz varsa körpənizi zəhərləmək yerinə pediatra müraciet edin”.