Yatırım edənlərin nəzərinə: Qızıl bahalaşsa belə… – EKSPERT

Yatırım edənlərin nəzərinə: Qızıl bahalaşsa belə… – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlərdə qızılın qiymətində 40-45 faiz bahalaşma müşahidə olunur. Türk ekspertləri yatırım kimi qızıl almağı məsləhət görsə də, Türkiyədə yaşayan,azərbaycanlı ekspert Günay Hüseynova vətəndaşlara bu barədə xəbərdarlıq edib.

Tribunainfo.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki,
qızılın qiymətində son günlər artım müşahidə edilir. Hətta qızılın satışı ilə məşğul olan mağazalar əvvəlcədən sosial şəbəkə hesablarında açıqlama paylaşmışdılar.

“Qızılın qiymətinin qalxması dünya bazarındakı qiymət artımı ilə əlaqədardır. Ölkəmizdə olan qızıl ehtiyatları həm 100% tələbatı ödəmir həm də alıcıların tələbi və zövqünə görə xaricdən idxal edilir.


Qızıl Azərbaycan vətəndaşları üçün yatırım vasitəsi deyil. Vətəndaşlara da tövsiyə etmirəm vəsaitlərini qızıl olaraq tutmağı. Bir çox səbəblər var əslində. Əvvəla, qızılın qiyməti mütəmadi qalxmır, il ərzində maximum 3 dəfə, onda da rekord həddə qalxmır. Alıcı onu satsa belə aldığı qiymətdən qat-qat aşağı satacaq və ya çox qalxsa belə aldığı qiymətə satacaq. O vəsaiti iqtisadi baxımdan başqa sahəyə yatırım etmək qızıldan daha sərfəlidir. 2 il əvvəl 400-450 manata satılan sadə üzüyün qiyməti artıq 650 manatdan başlayır. Aradakı fərqi ümumi aylara böləndə cüzi rəqəm çıxır ortaya.
Bu nümunəni başqa ölkə üçün deyə bilmərik. Nümunə olaraq ölkə Türkiyədə 22 əyar altın 2024 cü ilin dekabrında 2300 Türk lirəsi idisə bugün 3600 Türk lirəsi civarı təklif olunur. Daha da qalxacaq hətta. Amma biz bunu Azərbaycan bazarı üçün deyə bilmərik. Bununla yanaşı həmin ölkədə maaşlar imkan verir ki, vətəndaş yatırım üçün qızıl alsın. Həm də yuxarıda qeyd etdiyim kimi həmin ölkədə mütəmadi olaraq qiymət qalxır. Daşınar, daşınmaz əmlak alanda da satır yüksək mənfəətlə. Bizdə 400 manat minimum əmək haqqı alan nə ilə yatırım edəcək? Maaşı qızıl almağa imkan verən şəxs alsa da zərərlə satacaq və ya cüzi mənfəətlə. Ölkəmizdə Ailə quran cütlüklər alır komplekt şəklində, ad günləri və ya xüsusi günlərdə alınır, bununla yanaşı qızıla marağı olan şəxslər də alır.
2023-cü ildə isə zərgərlik məmulatlarının pərakəndə satışı 457 milyon manat həddinə çatdı ki, bu da bazarın son 30 ildə ən yüksək göstəricisidir. Başqa sözlə, Azərbaycanda qızıl-zinyət əşyalarının satışı yarım milyard manata çatmışdır.2024-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl üzrə hazır məhsul ehtiyatı 390 kiloqram təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon dollar dəyərində qızıl ixrac edib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon dollar dəyərində qızıl ixrac edib. 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon dollar dəyərində qızıl ixrac edilib. Azərbaycan dünyada ən çox qızıl alan 10 ölkə arasında yer alıb. 9 ayda Polşa 61 ton, Türkiyə 55,2 ton, Hindistan 51,1 ton, Çin 28,9 ton, Azərbaycan 25,2 ton, Çexiya 15,7 ton, Macarıstan 15,5 ton, Monqolustan 10,3 ton, İraq 10,1 ton, Qətər 9,7 ton qızıl alıb”.

Dəniz