Yataq xəstəsi olan meyxanaçı: “Ayaqlarım tutulub, yaşamaq istəyirəm” (VİDEO)backend

Yataq xəstəsi olan meyxanaçı: “Ayaqlarım tutulub, yaşamaq istəyirəm” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Xəyyam Quliyevin son görüntüləri yayılıb.

Tribunainfo.az xəbər verir ki, sənətçi artıq bir neçə aydır ayaqlarının işləmədiyini bildirib. O imkanı olan şəxslərdən əməliyyatı üçün kömək etmələrini xahiş edib:

“Avqust ayından indiyə qədər yataq xəstəsiyəm. Ayaqlarım da tutulub. Amma əməliyyat olunmalıyam. Əməliyyatım təxminən 220 000 AZN edir. Onun da təxmini olaraq 42-43 000-i yığılıb. Dost yükünü qaldıra biləcık xalqımız dostlarımız var çox şükür… Mən də yaşamaq istəyirəm. İnsan ölümə yaxınlaşdıqca, yaşamaq o qədər şirinləşir ki…”.