Yuxuya getməkdə çətinlik çəkən hər kəsin öz üsulu var. Bəziləri ağlında qoyun sayır, bəziləri videoya baxır, bəziləri isə sadəcə tavana baxaraq yatmağa çalışır. İndi hər kəs üçün uyğun bir həll tapıldı.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, yuxusuzluq xroniki və ya müvəqqəti bir problem ola bilər.
Yuxuya gedə bilməmək problemi meydana gəldiyi zaman müəyyən təbii üsullardan kömək ala və beləcə yuxusuzluqdan rahatlıqla xilas ola bilərsiniz. Mütəxəssislər yuxuya gedə bilməmək probleminin qəti həllini tək tərkib hissəsi ilə izah ediblər. Yuxuya gedə bilməyənlərə dəqiqələr ərzində sağlam yatmağa imkan verən təbii üsul budur:
Yuxuya getməyimizə kömək edən hormon olan melatonin bir çox səbəbə görə kifayət qədər ifraz olunmaya bilər. Stress və depressiyanın ən çox görülən səbəbi melatonin çatışmazlığıdır. Melatonin hormonunu kafi və sağlam səviyyəyə yüksəltmək üçün ilk növbədə serotonin hormonunun, yəni xoşbəxtlik hormonunun səviyyəsini artırmaq lazımdır.
Təbiətdə bu hormonların ifrazına kömək edəcək bəzi təbii qidalar var. Gecə yatmazdan əvvəl bir stəkan zəncəfil çayı içənlər qısa müddətdə asanlıqla yuxuya gedə bilərlər. Zəncəfil sağlam quruluşu ilə orqanizmdə hormon balansının qurulmasına kömək edir. Gecə daha asan yuxuya getmək üçün yatmazdan təxminən 30 dəqiqə əvvəl bir stəkan zəncəfil çayı içmək kifayət edər.