Ankaranın Altındağ səmtindəki gecəqonduda baş verən yanğında məhəllədə “Necla xala” kimi tanınan heyvansevər Ülker Güleryüz (81) həyatını itirib.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, yanğın anları ətrafdakılar tərəfindən mobil telefonları ilə lentə alınıb və görüntüləri lentə alan şəxsin “Yaşlı qadının evi yanıb.
“Necla xala, çıx çıx! Bacı, qadını diri-diri yandırıblar”, – sözləri diqqət çəkib.
Bölgədəki insanlar gecəqondudan alovların yüksəldiyini gördükdən sonra əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.
Güleryüzün həyatını itirdiyi müəyyən edilib.
Yanğınsöndürmə və polis qruplarının ilkin araşdırmalarına görə, yanğının evdəki elektrik qızdırıcısından qaynaqlandığı müəyyən edilib və yanğının baş vermə ehtimalının araşdırılması üçün genişmiqyaslı araşdırmaya başlanılıb.
Ceyran