“Xalq – City” Mənzil Tikinti Kooperativi yaşıllıqları məhv etdiyi üçün cərimələnəcək.
Tribunainfo.az xəbər verir ki, MTK İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 253-1.2.1-ci maddəsini pozub. Belə ki, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə, fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.
MTK-nın işinə 8 may tarixində Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə baxılacaq.
Roman