Xətai rayonunda inşa edilən “Kaspian Vista Rezidens” Mənzil Tikinti Kooperatiovi ilə bağlı bu gün qərar verilə bilər.
Tribunainfo.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsini pozan sözügedən MTK ilə bağlı bu gün başladılan işə baxılacaq. MTK məcəlləsinin 253.1.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
İşə Xətai Rayon Məhkəməsində bu gün baxılır. İş hakim Fuad Axundovun icraatındadır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar