“Yaşı 18-dən az olan biri nikaha daxil olmadan da cinsi münasibətdə ola bilir” — Deputatın təklifinə ETİRAZbackend

“Yaşı 18-dən az olan biri nikaha daxil olmadan da cinsi münasibətdə ola bilir” — Deputatın təklifinə ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Tahir Kərimli parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib ki, Müvafiq icra nümayəndəsinin icazəsi ilə nikah yaşının 1 il azaldılmasını düzgün sayıram və bu maddə qalmalıdır. Deputat təklif edib ki, belə olan halda 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynləri 5000 manat cərimə edilsin:  “Çox maraqlıdır ki, bu maddənin ləğv olunmasının arayış hissəsində yazılır ki, bu maddə uşaq psixologiyasını və sağlamlığını pozur. Necə ola bilir ki, 16 yaşına çatmış şəxslər arasında qanundan və nikahdan kənar, əxlaqsızlıq hesab etdiyim cinsi münasibətlər olur, amma heç bir cəza tətbiq edilmir?! Ancaq 17 yaş 9 aylıq, atası ağır xərçəng xəstəsi və ölüm ərəfəsində olan birinə rayon icra hakimiyyəti nikaha icazə verir və buna uşaq psixologiyası pozulur deyirik. Hesab edirəm ki, 12-ci maddə qalmalıdır əvəzinə yetkinlik yaşına çatmayanların nikahdan kənar münasibətlərinə görə valideynləri yüksək məbləğdə cərimə olunsun ”, – T.Kərimli vurğulayıb.

Deputatın fikrinə sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında münasibət bildirib:

“Nikah yaşı istisna hallarda bir il azaldıla bilər. Bu istisna hallardan bəzən sui-istifadə edilir. Fürsətə çevrilməsə əslində bu maddə müəyyən vəziyyətlərdə lazımlı olur. Düşünürəm ki, bir il tez nikaha daxil olmağa icazə verən maddə ləğv edilməməlidir. Nikah yaşı isə 18 olaraq qalmalıdır. Deputatın nikahsız cinsi münasibətdə olan 18 yaşına çatmamış şəxslərin valideynlərini cərimə etmək təklifi isə absurddur. Buna necə nəzarət olunacaq? Yaşı 18-dən az olan biri nikaha daxil olmadan da cinsi münasibətdə ola bilir və bundan kimsənin xəbəri olmur. Hansı mexanizm bunun qarşısını ala bilər ki? Belə bir şey mümkün deyil”.