Jurnalist Nəmənd Rüstəmov sosial şəbəkədə bir il öncə yas mərasimində tanınmış stilist Samir Əliyevin ( Samiraldo) başına gələn əhvalatdan yazıb. Jurnalist Nəmənd Rüstəmov sosial şəbəkədə bir il öncə yas mərasimində tanınmış stilist Samir Əliyevin ( Samiraldo) başına gələn əhvalatdan yazıb.
N. Rüstəmov qeyd edib ki, Samiraldo ilk olaraq qadınlar olan məclisə gedib, orada qəbul olunmayıb. O, daha sonra kişi məclisində də eyni halla üzləşəcəyini düşünüb və maşınına əyləşərək ağlayıb.
“Qafqazinfo” mövzu ilə bağlı Samiraldonun özü ilə əlaqə saxlayıb. Stilist belə bir hadisənin olduğunu təsdiqləyərək yas mərasimində baş verənlərin təfərrüatını danışıb:
“Afaq Gəncəlinin övladı dünyasını dəyişmişdi. Mən dərhal xəbər tutdum. Hörmət etdiyim bir insanın yasına getmək mənim borcum idi. Ağlıma gəlməzdi ki, kimsə məni ələ salacaq. Öz reklam menecerimlə yasa getdim. Hələ məclis qurulmamışdı. Meyiti Türkiyədən təzə gətirmişdilər. Mən Afaq xanıma başsağlığı vermək istədim. Yuxarı çıxdım, orada Tolik və digər kişi tanınmışlar var idi. Gördüm ki, qadınlar içəridə həddindən artıq çoxdur.
Balaca otaqda çox insan oturmuşdu. Aşağı düşüb reklam menecerimi maşında gözlədim. Daha sonra yas mərasimi qurulan yerə getdim. Menecerimə dedim ki, sən xanımlar olan yerə get, mən də kişi məclisinə girəcəm. Yas çadırında məni lağa qoyan insanlar gördüm. “Bozbaş”ın uşaqları oturmuşdu. Şou-biznesin tanınmış simaları da əyləşmişdi. Başladılar mənə söz atmağa. Dedilər ki, sənin yerin bura deyil, get qadınların olduğu yerdə otur. Mən heç kəsə fikir vermədim. Heç kəsin qabağından söz yeməmişəm.
Düşündüm ki, hörmət xatirinə onlara cavab verməyim. Onlar gülməyə başladılar. Əgər siz öz iş yoldaşınızın yasına hörmət qoya bilmirsizsə, heç vaxt ölü və dirinizə hörmət qoymayacaqsız. Mən hər kiməm. İnsanam, özümə hörmət qoyuram. Belə olmasaydı, onların cavabını verərdim. Özüm durub getdim, xətrimə dəydilər. Onlar heç olmaya Afaq xanıma hörmət edərdilər. Kənardan telefona çəkirdilər, gülürdülər. Açığını deyim, heç gözləmirdim”.
“Cəmiyyətdə daha hansı ayrı-seçkiliklərlə rastlaşırsız?” sualına Samiraldo belə cavab verib:
“İnsanın özündə böyük bir problem varsa, çalışıb başqasında tapırlar. Özlərinə sığışdırmırlar, kompleksləri olur və məni görəndə qıcıqlanırlar. Həmin insanların problemləri var. Normal insan mənə də normal baxmalıdır. Şou aləmində olan bir insanam. Məndən nə gözləyirsiz? Ağır insan deyiləm, çox incəyəm. Həyatım budur.
Heç kəs mənim həyatıma müdaxilə edə bilməz. Azad bir ölkənin vətəndaşıyam, azadlığımı əlimdən heç kim ala bilməz. Kim ki, mənə pislik edir, onlar cəzalarını alacaqlar. İnsanların insanlara cəza verməyi normal şeydir. Ancaq Allahın insanlara cəza verməyi başqadır. Onlar bundan qorxsunlar. Bu dünyada heç kəs sığortalanmayıb”.