Yaşar İsakov vəzifəsindən azad edildibackend

Yaşar İsakov vəzifəsindən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaşar İsakov Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsindən ayrılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.
“Altı ilə yaxın bir müddətdə məni bu vəzifəyə layiq gördükləri üçün general-polkovnik Mədət Quliyevə və müdafiə sənayesi naziri Vüqar Mustafayevə dərin təşəkkürümü bildirirəm. Hörmətli nazir müavinləri Mehman Baxışova və Hidayət Əzimova minnətdaram ki, bu illər ərzində mənimlə rəhbər kimi yox, dost kimi davranıblar. MSN-in əməkdaşlarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu böyük vəzifələrin icrası istiqamətindəki şərəfli fəaliyyətlərində daimi uğurlar arzulayıram”, deyə İsakov bildirib.
Qeyd edək ki, Yaşar İsakov əvvəllər müxtəlif qəzet və saytlarda işləyib, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətlərinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.