Yaşar Aydəmirov: “Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnəlib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
 Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.  General APA-ya açıqlamasında bildirib ki, bu, Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür. ”Nəzərə alsaq ki, “İsgəndər” əməliyyat-taktiki raket kompleksi Ermənistan silahlı qüvvələrinin balansında deyil, “Smerç” YARS onların ordusunun silahlanmasında olan “ən güclü” raket sistemidir. Lakin unutmaq lazım deyil ki, bu raket sistemləri Sovet dövründə istehsal olunub və 1987-ci ildə istifadəyə verilib. Mülki vətəndaşlar bilməsələr də, peşəkar hərbçilər yaxşı bilir ki, 30 il əvvəl istehsal olunan və illərlə anbarlarda saxlanılan silahın bu gün uğurlu tətbiqi böyük şübhə altındadır. Böyük ehtimalla, Ermənistanın “Smerç” YARS-dan atışlar keçirməsi də məhz onların istifadəyə yaralı olub-olmamasının yoxlanılması ilə əlaqədardır. Ermənistandan fərqli olaraq Azərbaycan Ordusunun silahlanmasında olan və daim yenilənən ən müasir raket sistemləri və digər silah növləri dəqiqliyinə və dağıdıcı gücünə görə dünyanın ən qabaqcıl ordularının silahları ilə müqayisə oluna bilər”.