“US News & World Report” agentliyi dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib.
“US News & World Report” agentliyi dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqini tərtib edib.
TİA.AZ fins.az -a istinadən xəbər verir ki, reytinq turizm, innovasiya, mədəniyyət, sosial sfera, iqtisadi artım tempi və biznesə açıqlıq baxımından tərtib edilib.
Dünyanın yaşamaq üçün ən əlverişli ölkələrin reytinqində İsveçrə 1-ci yerdədir. Siyahıda ikinci yerdə Kanada, üçünçü yerdə isə Böyük Britaniyadır.
Reytinqdə Almaniya 4-cü, Yaponiya 5-ci, İsveç 6-cı, ABŞ 7-ci, Avstraliya 8-ci, Fransa 9-cu, Norveç isə 10-cu pillədə yer alıb.
Ən yaşamalı ölkələrin reytinqində Rusiya 27-ci, Türkiyə 36-cı, Azərbaycan isə 69-cu yerdədir. Siyahıda Belarusiya 70-ci, Qazaxıstan 71-ci və Ukrayna isə 73-cü pillədə qərarlaşıb.