Yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında 1 aydır qanunsuz söküntü işləri aparılır, amma bu işi görənlərin kimliyi açıqlanmır, ya da məlum deyil.
Tribunainfo.az xəbər verir ki, söhbət Yasamal rayonu Rostropoviçlər küçəsi 19 ünvanında yerləşən ikimərtəbəli binadan gedir. Şəhərin mərkəzində görkəmli musiqiçilər Leopold və Mstislav Rastropoviçlərin ev-muzeyi də sözügedən binaya bitişikdir. Bəs belə bir yerdə kim və necə qanunsuz söküntü işi apara bilər?
Memarlıq abidəsinə müdaxilə faktı yanvarın 9-da aşkar edilib. Söküntü işləri dayandırılıb, amma yanvarın 19-da yenidən təkrarlandığı məlum olub. Hazırda söküntü işləri davam edir, ancaq söküntü işini görənlər barədə heç nə məlum deyil.
16 ailənin yaşadığı binada artıq 4 mənzil alınıb və mənzillərdə söküntü işləri aparılıb. Memarlıq abidəsinin söküntüsü ətrafda yaşaya sakinləri narahat etməkdədir.
Narazı sakinlər tezliklə söküntünün dayandırılmasını və memarlıq abidəsinin qorunmasını tələb edir.
Roman