YASAMALIN BAŞÇISI  YAŞILLIĞI MƏHV ETDİRİB YERİNƏ DAŞ DÖŞƏTDİ – FOTOLAR

YASAMALIN BAŞÇISI YAŞILLIĞI MƏHV ETDİRİB YERİNƏ DAŞ DÖŞƏTDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

.Paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində açılışına hazırlıq gedən mağazanın kənarındakı yaşıllıqlar məhv edilib.
Tribunainfo.az yazır ki, obyektin qarşısında olan səki illərdir bəzək kolları ilə bərq vururdu. Görünür, yaşıl kollar yeni açılacaq mağazanın girişini “korladığı” üçün məhv edilməsi qərarına gəlinib.
Lakin Yasamal rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi bu ekoloji cinayəti görməzdən gəlib, yaxud da elə yaşıllığın kəsilməsinə “yaşıl işıq” yandırıb.
Sakinlər bildiriblər ki, bir müddətdir orada iş aparılırdı və onlar təxmin ediblər ki, yaşıl kollar çıxarılacaq. Sakinlərin gümanı özünü doğruldub. Gecə ilə yaşıllıq məhv edilərək yerinə tamet daşlar döşənib.