Yasamalda yaşayış binasında təhlükəli vəziyyət… Nə FHN, nə icra hakimiyyəti maraqlanmır  – Fotobackend

Yasamalda yaşayış binasında təhlükəli vəziyyət… Nə FHN, nə icra hakimiyyəti maraqlanmır – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, İzmir küçəsi 7a ünvanında yaşayış binasının zirzəmisində kafe-restoran açmaq üçün aparılan böyük söküntü və təmir-tikinti işləri binada çat əmələ gətirib. Bir nüçə gündür başlayan işlər zamanı zirzəmidən 30-40 yük maşını ilə daş və beton qırıntılarının daşınıb.

Tribunainfo.az yazır ki, bu barədə sözügedən ünvandakı bina sakinləri bildirib. Onların sözlərinə görə, istismar müddəti başa çatmaqda olan binada (1964-cü ildə inşa edilib) artıq təhlükə yaranıb,birinci mərtəbənin eyvan hissəsində çat və ya çökmə əlamətləri görünür.
Sakinlər yanvarın 30-da Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinə kollektiv məktubla müraciət ediblər. Hələlik yalnız Komitədən cavab alınıb, baxış zamanı nöqsan aşkar olunmadığı bildirilib. Amma cavab sakinləri razı salmayıb.

Sakinlərin sözlərinə görə, əvvəl zirzəminin təxminən 1 metr olan hündürlüyü indi 3 metrəyə qədər yüksəlib. Böyük ehtimalla, obyekt sahibi zirzəmi sahəsinin divarlarını söküb onu çölə qədər genişləndirəcək. Zirzəminin üzərindəki mənzillər isə artıq qeyri-yaşayış sahələrinə çevrilib.

Yazıda adı çəkilən bütün qurumların mövqeyini işıqlandırmağa hazırıq.

Nigar