Yasamalda yanğın baş verən binadan 30 nəfər təxliyə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 24-də Yasamal rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. 

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 24-də Yasamal rayonunda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən TİA.AZ-a bildiriblər ki, hadisə nəticəsində altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 kvadratmetr olan çardağı və vətəndaşa məxsus sahəsi 36 kvadratmetr olan bir otaq yanıb. Yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.