Yasamal rayonu, Məmməd Rahim küçəsində piyada səkisində pivəxana açılıb.Tribunainfo.az xəbər verir ki, böyük bir səki tamamilə zəbt edilib. Hərəkət üçün səkidə yer qalmayıb. Yolu piyada keçidindən keçənlər hərəkətə davam etmək üçün ya avtomobil yoluna düşməlidi, ya da kafenin içindən keçib getməlidir. Kafeni açan şəxs səkiyə maneələr də düzüb.
Sakinlərin aidiyyəti qurumlara davamlı şikayətinə baxmayaraq heç bir tədbir görülmür.
Nigar