YASAMALDA QƏRİBƏ OĞURLUQ – FOTOLAR

YASAMALDA QƏRİBƏ OĞURLUQ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsində yol boyu quraşdırılan yağış-kanalizasiya barmaqlıqları oğurlanıb.

Tribunainfo.az yazır ki, işlək yolun kənarındakı kanalizasiya barmaqlıqlarından ikisi yerindən çıxarılıb.
Bu barmaqlıqların çıxarılması görünür olduqca asan olduğu üçün tez-tez belə hallar baş verir. Məsələn, elə ötən il bir şəxs 61 ədəd yağış-kanalizasiya barmaqlığını oğurlamışdı. Bu kimi hallarda yol təsərrüfatına olduqca böyük ziyan dəyir. Lakin maraqlıdır ki, hər il, ildə bəlkə də bir neçə dəfə oğurlanan barmaqlıqların aparılmaması üçün heç bir əlavə tədbir görülmür. Barmaqlıqların asanlıqla oğurlana bilməsi sübut edir ki, onları yerindən söküb çıxarmaq olduqca asandır.

Ümid edirik, aidiyyəti qurumlar yol təsərrüfatına ziyan dəyməməsi üçün barmaqlıqların yerindən çıxarılmasını çətinləşdirən tədbir görəcək.