Yasamalda mərasim evinin tavanı çökdü, xəsarət alanlar var (FOTO,VİDEO)

Yasamalda mərasim evinin tavanı çökdü, xəsarət alanlar var (FOTO,VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində 3 nəfərin xəsarət alması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər – 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.

Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

***

Yasamalda mərasim evində tavan çöküb.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.

“Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyyə edilib”, – məlumatda deyilir.