Yasamalda iki böyük QANUNSUZLUQ: özbaşına tikinti və 20 ağacın məhvi – Bu VİDEODA…

Yasamalda iki böyük QANUNSUZLUQ: özbaşına tikinti və 20 ağacın məhvi – Bu VİDEODA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsi 1 ünvanında yerləşən yaşayış binasının düz birinci mərtəbəsi obyektə çevrilir. Yaşayış binasının 1-ci mərtəbəsində obyekt tikilməsinə başlanıb. Tribunainfo.az-ın reportyorları bu ərazidə çəkiliş aparıblar və göründüyü kimi, beşmərtəbəli binanın 1- ci mərtəbəsinin iaşə obyektinə çevrilməsi üçün gecə-gündüz təmir-tikinti gedir.
Sakinlərin əməkdaşlarımıza bildirdiyinə görə, obyektin fəaliyyətə başlaması səbəbindən 20-yə yaxın çoxillik ağaclar məhv olunub.
Bu da ciddi ekoloji cinayətdir. Sakinlər deyirlər ki, bir tərəfdən binanın birinci mərtəbəsini iaşə obyektinə çevirməklə tikinti normativlərin pozulur, digər tərəfdən isə çoxillik ağaclar məhv edilərək qurban verilir. Onlar hər iki fakt üzrə araşdırma aparılmasını tələb edirlər.
Bildirək ki, Türkiyədə baş verən zəlzələdən sonra yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsinə Azərbaycanın dövlət rəhbərliyi tərəfindən qadağa olsa da, bu qərar görünür ki, bəzi işbazlar və dövlət qurumları üçün keçərli deyil. Təki onların maraqları təmin olunsun, geridə olanlar boş şeydi…
Bu mənada Yasamal rayonu da öncül yerlərdən birində gedir. Az qala hər gün Yasamal rayonunda qanunsuz tikinti aparılır və ya yaşıllıqlar məhv edilir. Bu özbaşınalıqlara isə müvafiq orqanların ciddi nəzarət mexanizmi lazımdır. Ancaq Yasamal rayon rəhbərliyi görməzdən gəlir. Bununla belə əməkdaşlarımızın hazırladığı materialı təqdim edirik və aidiyyatı strukturların bu məsələ ilə əlaqədar hərəkətə keçəcəyini, baş verənlərə aydınlıq gətirəcəyinə inanırıq.

Səid Camal