Yasamal rayonunda köhnə 9-mərtəbəli binaların birində təhlükəli vəziyyət yaranıb. Binanın əsas daşıyıcı betonlarını sökürlər.
Tribunainfo.az yazır ki, bu barədə sosial şəbəkədə jurnalist Fimar Asimqızı yazıb. O bildirib ki, yiyəsizlikdir və icra hakimiyyəti bu vəziyyətlə maraqlanmır:
“Yasamal Rayon İcra Hakimiyyəti, yer bir balaca silkələnsə bu binanın betonu beton üstündə qalmayacaq. Daşıyıcı divarlar dağıdılır. Yiyəsizlikdi”.