Yasamal rayonunda növbəti təhlükəli vəziyyət… – Fotobackend

Yasamal rayonunda növbəti təhlükəli vəziyyət… – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayonu, Əlövsət Quliyev küçəsində 1 ildən çoxdur qəzalı vəziyyətdə olan binanın eyvanı təhlükə saçır.

Tribunainfo.az yazır ki, 134 yaşlı yaşayış binası yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır. 1887-ci ildə inşa edilib və qəzalı, təhlükəli olmasına baxmayaraq hər hansısa bir tədbir görülmür.
Binanın eyvanı il yarım əvvəl qəzalı vəziyyətə düşüb, uçmaq üzrədir. Bunun qarşısını almaq üçün sakinlər taxta dayaq quraşdırıblar. Binanın uçmaq üzrə olan eyvanı 1 ildən çoxdur o vəziyyətdədir. Gün ərzində eyvanın altnda yüzlərlə piyada hərəkət edir.
Sakinlər bildirir ki, eyvanı bərpa etməyə imkanları yoxdur, aidiyyəti dövlət qurumları da nə maraqlanır, nə də tədbir görür.

Nigar