Yasamal rayonu Zahid Xəlilov küçəsində piyada səkisi tamamilə zəbt edilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən yer Bakı Dövlət Universitetinin əsas girişi ilə üzbə-üz olan keçədən keçir. Küçədə 5 mərtəbəli bina sanki qabağa gəlib. Binanın altında fəaliyyət göstərən obyektin pilləkənlər səkini tamam zəbt edib. Səkidə iki nəfərin yanaşı gəzməsi mümkün deyil. Hətta iki nəfər üzbə-üz gəlsə onlardan biri gərək avtomobil yoluna düşsün.
Sakinlərin sözlərinə görə səki çoxdan zəbt edilib. Yasamal rayonunda bu kimi hallara, səkilərin zəbt edilməsinə alışmış sakinlər avtomobil yolu ilə hərəkət etməyə öyrəşiblər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar