Yasamal Rayon İcra Hakimiyyəti ilə bağlı növbəti dəfə məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı məhkəmədə iddianı Zamanov Müslüm Subat oğlu qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Tərəflər arasında yaşayış sahəsi ilə bağlı problem yaşanır.
İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilib. 16 avqust tarixində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar