Yasamal məhkəməsində qadınlar arasında amansız dava – Yerə yıxıb zərbələr endirdibackend

Yasamal məhkəməsində qadınlar arasında amansız dava – Yerə yıxıb zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon Məhkəməsində mülki məsələ ilə bağlı keçirilən iclasdan sonra tərəflər arasında dava-dalaş olub.

Şahbazi küçəsi 605-də yerləşən 9 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan 1978-ci il təvəllüdlü Yana S. “domofon”un qəsdən qırılması iddiası ilə bağlı 8-ci mərtəbədəki qonşudan şikayət edib. Mülki qaydada baxılan iş üzrə hakim tərəfləri barışığa dəvət edib və onlar zaldan foyeyə çıxıb. Bu zaman tərəflər arasında dava düşüb. İddiaçı tərəf olan Yana qonşusu Mariananı yerə yıxaraq zərbələr endirib. Mariananı onun əlindən zorla alıb uzaqlaşdırıblar.

Ekspertizaya göndərilən qadının bədənində çoxsaylı xəsarətlərin olması müəyyən edilib. Yananın qonşusuna yumruq zərbələri ilə sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq nahiyəsənin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarnının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyyəsinin şişkinliyi və qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirib qəsdən sonuncunu döyməsi ekspert rəyində qeyd edilib. Bu səbəbdən onun barəsində xuliqanlıq maddəsinə əsasən cinayət işi açılıb.

Qonşusu tərəfindən döyülən qadın ifadəsində Yananın çox aqressiv insan olduğunu deyib: “Yasamal rayonu, Şahbazi 605 ünvanında ailəmlə yaşayıram. Yana qonşumdur, anti-sosial və aqressiv insan olduğundan aramızda 2019-cu ildən etibarən tez-tez mübahisələr yaranır. Yana daimi yaşadığı 9-cu mərtəbədən 8-ci mərtəbəyə zibil atır, xalçasını yaşadığı mətəbəyə çırparaq tozu mənim mərtəbəmə tökür. Bununla əlaqədar dəfələrlə Yanaya irad bildirsək də, əhəmiyyət vermir. Bundan əlavə, Yana Vətən müharibəsi veteranı olan atama, həmçinin mənim xərçəng xəstəliyindən əziyyət çəkən anama “sən niyə ölmürsən”, deyib. Bizə yaşadığımız binada liftdən istifadə etməyə icazə vermir. Biz də Yananın hərəkətlərini onun özünə sübut etmək üçün qapıya kamera yerləşdirmişdik. Dəqiq xatırlamadığım tarixdə Yana qapıdakı kameranı üzünü divara çevirib və ətrafa həmişə olduğu kimi zibil atıb. Bununla bağlı şikayət etdik və Yana İXM-nin 510 və 266.3 maddəsi ilə təqsirli bilindi və ona 50 manat cərimə cəzası verildi. Həmin münaqişədən sonra Yana Yasamal Rayon Məhkəməsində qardaşıma qarşı mülki iddia qaldırdı, guya qapsında olan “domofun” münaqişə zamanı Roman tərəfindən sındırılıb”.

Yasamal Rayon Məhkəməsi Yananın törətdiyi əməli cinayət kimi qiymətləndirib. O, xuliqanlıq əməlində təqsirli bilinərək 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Yananın ayağına elektron qolbaq taxılıb. (Publika.az)