Yasamal rayon İcra Hakimiyyətində çalışıb əməkhaqqını ala bilməyən işçi məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, Yasamal İH-lə bağlı iddianı Quliyev Ülvi İsa oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı əmək haqqını tələb edir.
İcra hakimiyyəti ilə bağlı işə 31 oktyabr tarixində Yasamal rayon Məhkəməsində baxılacaq. İş hakim Vahid Hacıyevin icraatındadır.
Qeyd edək ki, Yasamal İH icra hakimiyyətləri arasında ən çox şikayət olunan və məhkəməyə verilən strukturlardandır. Rayonun icra başçısı Elşad Həsənovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar