Yasamal İH “köhnə dost”undan 400 minlik mal alırbackend

Yasamal İH “köhnə dost”undan 400 minlik mal alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal Rayon İcra Hakimiyyəti daha bir tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, İH-in balansında olan Mənzil Kommunal Təsərrüfat Birliyi ofis malları alacaq.
Satınalma portalında qeyd olunan məlumatda qeyd edilir ki, MKTB bununla bağlı “Bilgə GROUP”la 416.936,48 manatlıq satınalma müqaviləsi imzalayıb.
Qeyd edək ki, bu, Yasamal İH-nin” Bilgə GROUP”la ilk tender anlaşması deyil. 2023-2024-cü illərdə İH-in “köhnə dost”u ilə ondan çox satınalma müqaviləsi bağladığı açıq mənbələrdə qeyd edilib.