Bu neçə gündə dövlət qurumlarından burada ancaq polis var (daima buradadır, mühafizə, kənar adamların gəlməməsi və s., hətta sadə şeylərdə kömək də edirlər). Yasamal RPİ və konkret olaraq 28-ci bölməyə bir daha təşəkkür. Və prokurorluq da gəlir gedir, maddi sübutlar yığır, və s. Başqa heçkəs gəlməyib. Millət vəkili Erkin Qədirli özümüzküdür, Yasamal sakinidir. Söz verdi ki Baş Nazirin diqqətinə şatdıracaq məsələni.
Tribuna xəbər verir ki, bu barədə Yasamalda yanan binada yaşayan jurnalist Heydər Mirzə onlarla maraalanan dövlət qurumları ilə bağlı danışarkən deyib.
O bildirib ki, Yasamal rayon İcra Hakimiyyətinin binası yanan binaya yaxın olsa da, bir nəfər əməkdaş belə nə maraqlanıb, nə hadisə yerində olub:
“FHN gəlmişdi. Yaxınlaşıb soruşmadılar ki necəsiz, neynirsiz, Allah rəhmət eləsin zad. Üç zabit idi. Ciddi ciddi gəzişdilər oraları, çıxdılar getdilər. Salam da vermədilər heç. Görünür bəzi yüksək rütbəli zabitlər xilasedicilərin o günkü qəhrəmanlığını özlərinə də yazırlar…
Yasamal RİH buradan 350 metr məsafəsindədir. Bir nəfər də gəlməyib. Əlaqə saxlayan da olmayıb.
Bələdiyyə ilə son əlaqəm olub bir ay əvvəl 152 manat vergini mənə zorla ödətdirəndə. Ünvanlarını belə bilmirik.
Vaxtı ilə cinayətkarın xeyrinə qərar çıxaran Yasamal Rayon Məhkəməsinin hakimi xanım Ayşən Sultanova-Məmmədova isə heç gəlməz axı…
Bütün bunları nəzərə alaraq, vətəndaşlar qurumlara deyil, Dövlətin Özünə müraciət etmək niyyətindədir…
Haqq-ədaləti ancaq Dəmir Yumruq bərqərar edə bilər”.
Gülşən Rəsul










