Yasamal rayon İcra Hakimiyyətinin Yasamal rayonunun müxtəlif ərazilərində küçə və məhəllədaxili yolların asfaltlaması sakinləri narazı salıb. İcra hakimiyyəti gördüyü işlərlə bağlı Feysbukdakı rəsmi səhifələrində məlumat paylaşıblar. İcranın apardığı bu işləri sakinlər gözdən pərdə asmaq kimi qiymətləndirib.
Tribunainfo.az xəbər verir ki, sakinlər paylaşıma rəy yazaram etirazlarını bildiriblər.
Tehran Gülməmmədov bildirib ki, səkiləri təmir etmək lazımdır:
“Səkilərdə uşaq arabası ilə hərəkət etmək olmur”.
Tural Allahverdiyev isə Həsən Bəy Zərdabi küçəsi 71 ünvanında yerləşən bərbad binanın videolarını paylaşaraq bildirib ki, bu cür binaları təmir etmək lazımdır.
Əli Pirizadə isə bildirib ki, bu işləri paylaşmaq ayıbdı:
“Utanmadan da bu işi paylaşırsız. Buna nə ad vermək olar? Bu işdi yəni? Ayıbdı, özünüzü güldürməyin”.
Şərqi Əhməd isə icranın apardığı təmirdən sonra səkidə yerə basdırılmış formada unudulub qalan boru formasındakı bidonu paylaşaraq yazıb ki, piyadalar hərəkət edərkən bu çuxura düşüb yaralanırlar.
Gülşən Rəsul