YARIYA BÖLÜNƏN LİMONU SOYUDUCUYA QOYMAYIN! YOXSA…backend

YARIYA BÖLÜNƏN LİMONU SOYUDUCUYA QOYMAYIN! YOXSA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz adətən doğranmış limonları soyuducuda saxlayırıq ki, xarab olmasın. Amma görün, soyuducuda yarıya bölünmüş limonlara nə olur.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, limon dilimlərini soyuducuya qoyuruq ki, müxtəlif vaxtlarda istifadə edək. Ancaq bu saxlama üsulu əslində sağlamlıq problemlərinə gətirib çıxarır.

Kəsilmiş limonları soyuducuda saxlamaq nə qədər məntiqli səslənsə də, əslində bir o qədər zərərli olduğunu unuduruq. Limonun sağlamlığa faydaları onun təsir etdiyi müsbət cəhətləri saymaqla bitmir.

C vitamininin böyük bir qaynağı olan limon həzm sistemini, xüsusən də immunitet sistemini tarazlaşdırır və üstəlik bir çox xəstəliklərin qarşısını ala bilir. Eyni zamanda limon dəri və ağız sağlamlığı üçün çox təsirli rol oynayır.

Yeməklərdə, şorbalarda, salatlarda və çaylarda istifadə etmək üçün yarıya bölünmüş limonlar adətən soyuducuya qoyulur. Qalan limon dilimləri qorunmaq istəsə də, bu əslində insan orqanizmi üçün zərərli bir hərəkətdir.

Dilimlənmiş limonları saxlamaq düzgün görünsə də, sağlamlıq üçün böyük risklər yarada bilər. Əvvəlcədən doğranmış limonu soyuducuda saxladığınız zaman limonun açıq hissələri zərərli maddələr qəbul etməyə başlayır.

Soyuducuda saxlanılan limonun daha sonra istehlak edilməsi sinir və həzm sisteminə mənfi təsir göstərməyə başlayır. Soyuducuda saxlanılan limonlar zamanla öz təsirini itirir. Bu səbəbdən limonu bir gecədə belə açıq soyuducuya qoymamalısınız.

Dilimlənmiş və ya doğranmış limonları soyuducuda saxlamaq istəyənlər soyuducuda açıq qoymaq əvəzinə, yapışqan sellofanda və ya bankada saxlaya bilərlərsiniz.

Limon bütövdürsə, soyuducuda saxlamağın heç bir zərəri yoxdur. Bununla belə, dilimlənmiş limonları necə saxladığınıza diqqət yetirməlisiniz. Saxlama qabına qoyub soyuducuda saxladığınız limonlar maksimum 4 gün saxlanıla bilər.

Limonu daha uzun müddət saxlamaq istəyənlər dərin dondurucuda bütöv saxlaya bilərlər. Eyni zamanda, limonu təkcə soyuducuda deyil, təbii günəş işığı olmayan sərin yerlərdə də saxlamaq olar.