YARISINI SOYUDUCUYA QOYDUĞUNUZ BU TƏRƏVƏZLƏRİ İSTİFADƏ ETMƏYİN…backend

YARISINI SOYUDUCUYA QOYDUĞUNUZ BU TƏRƏVƏZLƏRİ İSTİFADƏ ETMƏYİN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meyvə və tərəvəzlər nə qədər xeyirli olsa da, onların da istifadə qaydası var. Bir çox hallarda yarısını istifadə edib, qalan yarısını sabaha saxladığımız, soyuducuya qoyduğumuz tərəvəzlər az olmur. Ancaq mütəxəssislər hesab edir ki, bəzi tərəvəzlərin soyuducuda saxladığımız yarımçıq qalmış hissələri sinir xəstəlikləri yaradır, mədə-bağırsaq və həzm sisteminə zərərlidir, ölümcül problemlərə yol açır.

Tribunainfo.az xəbər verir ki, məsələn, gün ərzində ən çox istifadə edilən qidamızın əsas hissəsini təşkil edən kartof kəsildikdən, qapığı soyulduqdan sonra mütləq istifadə edilməlidir. bu tərəvəz hava ilə təmas zamanı mikroorqanizmlərin çoxalmasına və güclü zəhərə çevrilə bilir.

Soğan da kəildikdən və qabığı soyulduqdan sonra istifadəsi məsləhət olan tərəvəzlərdəndir. Çünki soğan kəiləndən sonra turşulanma başlayır və tərkibindəki yüksək miqdardakı turşu miqdarı artır. Yeyilərkən hiss edilməsə də, sonrada mədə və həzm probleminə səbəb olur.

Turp da kəsildikdən sonra saxlanılmamalıdır. Çünki içərisindəki qaz sıxılmağa məruz qalır və tərkibi dəyişir.

Limon da kəsildikdən sonra tam istifadəsi məsləhət olan ərzaqlardandır. Limonun tərkibindəki turşular hava ilə təmasda yoxa çıxır və suyu quruyur. belə olduqda isə limon əhəmiyyətini itirmiş boş tərəvəzə çevrilmiş olur.