Yarım tonluq  bomba tapıldı: Berlin boşaldılır-FOTO

Yarım tonluq bomba tapıldı: Berlin boşaldılır-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtı Berlində əsas qatar stansiyasının yaxınlığında II Dünya müharibəsindən qalma yarım tonluq bombanın tapılması səbəbindən bu gün böyük təxliyə olacaq.

Lent.az-ın hurriyyet.com.tr-a istinadən xəbərinə görə, şəhərin mərkəzində binalar, nazirlik binaları, səfirliklər, xəstəxanalar, gizli xidmət binaları və muzeylər boşaldılacaq.

 Bombanın təhlükəsiz partladıla bilməsi üçün bu gün səhər saat 9-dan binalar boşaldılır.

İngilis istehsalı olan bomba gün ərzində zərərsizləşdiriəcək.