Yaraşıqlı aktyor artıq aşbaz olacaq – FOTO

Yaraşıqlı aktyor artıq aşbaz olacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yemək bişirmək həvəsinə görə təhsil alan aktyor Kıvanç Tatlıtuğ bir müddət əvvəl Londona gedib. Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Tatlıtuğun burada alacağı 3 aylıq kulinariya təhsilindən sonra Göktürkdə restoran açacağı deyilib.

Başda həyat yoldaşı Başak Dizer və oğlu Kurt Efe olmaqla sevdikləri üçün tez-tez mətbəxə girən Tatlıtuğ bu ehtiras üçün sərvət xərcləyib. Kıvanç Tatlıtuğ 70 min avroya aldığı sobanı evində quraşdırıb.

İndi Tatlıtuğ arzusunu reallaşdırmağa hazırlaşır. Ailəsi ilə birlikdə kulinariya təhsili almaq üçün Londona gedən 41 yaşlı aktyorun daha sonra yaşadığı Göktürkdə restoran açacağı iddia edilib.

Kıvanç Tatlıtuğun kurs zamanı bişirdiyi yeməkləri həyat yoldaşı Başak Dizer Tatlıtuğa da daddırdığı deyilir.