Yaponiyanın “Science” texnologiya şirkəti insanları yumaq üçün maşın istehsal edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.Şirkətin nümayəndələri avadanlığın 2025-ci ildə satışa çıxarılacağını bildiriblər.
Onların fikrincə, 15 dəqiqə ərzində maşın ultrasəsin köməyi ilə insanı təmizləyəcək, masaj edəcək və qurudacaq.
Bundan əlavə, süni intellekt və müxtəlif sensorlar istehlakçıya rahat atmosfer yararadacaq.
Qeyd olunub ki, avadanlığın içindəki displeylərdə göstərilən sakitləşdirici musiqi və video insanların dincəlməsi üçün rahatlığı təmin edəcək.