Yaponiyada yanvarın 1-dən davam edən silsilə zəlzələlərin qurbanlarının sayı 161 nəfərə çatıb. Tribunainfo.az xəbər verir ki, bunu Yaponiyanın regional hakimiyyət orqanlarının dərc etdiyi məlumatlarda deyilir.
Təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Təcili yardım xidmətləri hələ də 195 sakini tapa bilmir. Ən böyük ziyan ən azı 1370 evin tamamilə və ya qismən dağıldığı İşikava prefekturasında baş verib, yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Təsirə məruz qalan bölgədə elektrik və su çatışmazlığı və yanacaq çatışmazlığı davam edir.
Yaponiya özünümüdafiə qüvvələrinin bölmələri də daxil olmaqla, təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatı davam edir. Xilasedicilər sonuncu dəfə yanvarın 6-da dağıntılar altından canlı insanı 5 gündən çox öz evinin dağıntıları altında qalan 90 yaşlı yerli sakini tapıb çıxara biliblər.