YAPONİYADA YARIM MİLYON İNSAN TƏXLİYƏ EDİLİR

YAPONİYADA YARIM MİLYON İNSAN TƏXLİYƏ EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada leysan yağışlar səbəbindən yarım milyona yaxın insan təxliyyə olunmaq əmri verib.

Tribunainfo.az-ın məlumatına görə, mümkün daşqın və sürüşmə ilə bağlı təhlükə səviyyəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.

Qeyd edilir ki, Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) ən azı 115 min nəfər təxliyə əmri alıb, mümkün daşqın və sürüşmə ilə bağlı təhlükə səviyyəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.
İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.

Xatırladaq ki, Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, geniş ərazilərin su basmasına, sürüşmələrə və insan tələfatına səbəb olur.