Yaponiyada uçan motosikletlər istehsal olunacaq – VİDEO

Yaponiyada uçan motosikletlər istehsal olunacaq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın “A.L.I. Technologies” şirkəti 2022-ci ildən uçan motosikletlərin satışına başlamaq niyyətindədir.

TİA.AZ-ın məlumatına görə, hazırda şirkət həmin modelin prototipinin hazırlanması ilə məşğuldur.

Qeyd olunur ki, motosikletlər yer səthindən onlarla santimetr yüksəkdə hərəkət edə biləcək.

 Həmin motosikletlərin Afrika, Yaxın Şərq ölkələrində – yol infrastrukturunun inkişaf etmədiyi bölgələrdə daha çox satılacağı gözlənilir.

Uçan motosikletlərin satış qiyməti hələlik müəyyən edilməyib.