Yaponiyada ömrü uzadan ən vacib ərzaq – Ağlınıza belə gəlməz

Yaponiyada ömrü uzadan ən vacib ərzaq – Ağlınıza belə gəlməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yapon həkimləri bu ölkədə uzunömürlülərin çox yaşamasına təkan verən başlıca ərzağı açıqlayıblar.
 
 
Bakupost.az xəbər verir ki, Toyo Keizai nəşrinin məlumatına görə, psixiatr Hideki Vada yaponların çox yaşamasının səbəbini ət yeməkdə görür.
Belə ki, ət və dəniz məhsulları hər gün qəbul etdikdə serotonin adlı xoşbəxtlik hormonu da çox hasil olur, insanın əhvalı yaxşılaşır, ruh yüksəkliyi artır.
Həkim 60 yaşdan sonra ətsiz qidalanma və bitki dietasının faydalı olması barədə fikirləri qəbul etmir.
Zülal defisiti olduqda xroniki xəstəliklər kəskinləşir.
Hər 5 yapondan biri serotonin azlığından əziyyət çəkir.
Ətdə olan triptofan aminturşusu serotoninə cavabdehdir.
Gündəlik, həftəlik rasionda ət olmadıqda, testosterona təsir edir, cinsi hormonlar az hasil olur, nəticədə diqqət, motivasiya, hərəkətlilik azalır.
Hormonlardan testosteron setoroninin beyinə çatmasına və insanın əhvalının yaxşı olmasına çalışır.
Yaponiyada uzun və xoşbəxt ömür sürənlərin 90%-i hər gün ət yeyənlərdir – deyə həkim bildirib.