Yaponiyanın Xonsyu adasının qərbində Niiqata prefekturasının İtoiqava şəhərində 140-dan çox bina yanır. Yaponiyanın Xonsyu adasının qərbində Niiqata prefekturasının İtoiqava şəhərində 140-dan çox bina yanır.
TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhər rəhbərliyi böyük yanğının söndürülməsi üçün qonşu şəhərlərin administrasiyalarına müraciət edib.
NHK telekanalının məlumatına görə, yanğın Çin restoranının olduğu binada başlayıb və tezliklə qonşu binalara keçib. Güclü külək yanğınsöndürənlərin işini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Son məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər zərər çəkib, onların həyatı üçün təhlükə yoxdur.