Yaponiyada binalar çökdü, atom elektrik stansiyası…backend

Yaponiyada binalar çökdü, atom elektrik stansiyası…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın qərbindəki İşikava prefekturasında 6 bal gücündə zəlzələ baş verib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Noto yarımadasında yerləşən Vacima şəhərində 5 bina uçub.

Bölgədəki atom elektrik stansiyalarında hər hansı anormallıq aşkar edilməyib.

Yaponiya Meteorologiya Agentliyin (JMA) bəyanatına görə, İşikavanın Noto yarımadasının şimal-şərq sahilində, Suzu şəhərində 6 bal gücündə zəlzələ baş verib.

Agentlik ilk mərhələdə elan etdiyi 5,9 ballıq dəyərini 6-ya yeniləyib.

Yerli vaxtla saat 06.31-də 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.