Yaponiyada “Aum Sinrikyo” sektasının təsisçisi edam edilib

Yaponiyada “Aum Sinrikyo” sektasının təsisçisi edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada “Aum Sinrikyo” ekstremist sektasının təsisçisi Syoko Asaxaru edam edilib.

“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

“Aum Sinrikyo” Syoko Asaxaru tərəfindən 1987-ci ildə Yaponiyada yaradılıb. 1995-ci ilin martında sekta üzvləri Tokio metrosuna zəhərləyici zarin maddəsi səpiblər. Həmin zaman 13 nəfər ölüb, 6,3 min insan ağır dərcədə zəhərlənib.