YAPONİYADA 25 MİN İNSAN QISIRLAŞDIRILDI

YAPONİYADA 25 MİN İNSAN QISIRLAŞDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada 1948-ci ildə qəbul edilmiş və müəyyən xəstəlikləri olan insanların qısırlaşdırılmasını ehtiva edən qanun çərçivəsində 25 min insanın qısırlaşdırıldı, onlardan 16 min nəfərin icazəsiz əməliyyat edildiyi üzə çıxıb.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Yaponiyada İkinci Dünya Müharibəsindən sonra 1948-ci ildə qəbul edilən və 1996-cı ildə ləğv edilən “Yevgenik Mühafizə Qanunu” çərçivəsində qısırlaşdırılanların müəyyən edilməsi üçün hazırlanan 1400 səhifəlik hesabatda bu ifadələr yer alıb: “25 min nəfər Müxtəlif fiziki və koqnitiv qüsurlara görə qısırlaşdırılmalıdır”.

Qeyd edək ki, bu qanun gələcək nəsillərin daha keyfiyyətli genetikaya sahib olması üçün yalnız müəyyən insanların övlad sahibi olmasına icazə verilməsini nəzərdə tutur. Yevgenika qanunu 1900-cü illərin əvvəllərində bəzi ölkələr tərəfindən qəbul edilmişdir.