YAPONİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİNİN OFİSİNDƏ AXTARIŞ

YAPONİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİNİN OFİSİNDƏ AXTARIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokio prokurorları Yaponiyanın hakim Liberal Demokrat Partiyasının deputatı, xarici işlər nazirinin müavini vəzifəsində çalışan Masatoşi Akimoto-nun ofisində külək enerjisi şirkətinin maraqları üçün lobbiçilik edən çoxmilyonluq rüşvət iddiası ilə bağlı reyd keçirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Asahi qəzetinin mənbələrinə görə, söhbət Akimoto-nun 2021-ci ildən indiyədək Tokioda yerləşən Japan Wind Development şirkətindən aldığı təxminən 30 milyon yen (təxminən 201 min ABŞ dolları) məbləğindən gedir.
Akimoto özü hələlik jurnalistlərin müvafiq nəşrlərlə bağlı suallarını cavablandırmayıb.
Japan Wind Development iddiaları rədd edib və şirkətin deputatlara və ya hər hansı dövlət məmuruna rüşvət vermədiyinə dair “obyektiv sübutlara” malik olduğunu bildirib.

Millət vəkili 2018-ci ildə dövlət torpaqları, infrastruktur, nəqliyyat və turizm nazirinin müavini vəzifəsini tutub.

Yapon millət vəkilləri öz tərəfdarlarından ianə almaq hüququna malikdirlər, lakin onlar bəyannamə təqdim etməlidirlər, Akimoto bunu etməmişdir.