Yaponiya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Yaponiya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Dağıstanda baş verən silahlı hücumlar səbəbilə vətədaşlara Rusiyaya səfər etməməyi tövsiyə edib.

Tribunainfo.az xəbər verir ki, Hayaşi Yaponiyanın Rusiyada baş verənlər, o cümlədən Dağıstandakı terror aktları haqqında məlumat topladığını və məlumatları təhlil etdiyini deyib.

“Yaponiya hökuməti bundan öncə də Rusiyanın bütün ərazisinə səyahət üçün üçüncü təhlükə səviyyəsini müəyyən edib və bir daha vətəndaşları hər hansı məqsədlə Rusiyaya səfər etməkdən çəkinməyə çağırıb”, – deyə Hayaşi bildirib.