Yaponiya daha əvvəl baş nazir Fumio Kişida tərəfindən açıqlanan Ukraynadakı vəziyyətə görə tətbiq edilən genişləndirilmiş sanksiya siyahılarını açıqlayıb.
TİA.AZ xəbər veirr ki, müvafiq sənədləri Yaponiya Xarici İşlər Nazirliyi dərc edib.
Bu sənədlərə əsasən, yenilənmiş sanksiya siyahılarına Rusiyanın baş naziri Mixail Mişustin, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev də daxil olmaqla 130-dan çox adam daxil edilib.
O, həmçinin 71 Rusiya şirkətinə malların ixracına və əməliyyatlara qadağa qoyur. Bundan əlavə, siyahıya Taktik Raket Korporasiyası, eləcə də rabitə sahəsində ixtisaslaşmış tədqiqat institutları və texniki bürolar daxildir.
Belə ki, Yaponiyanın sanksiya siyahılarına artıq 700-dən çox Rusiya, Belarus, Luqansk və Donetsk “Respublika”larının vətəndaşları, həmçinin 200-dən çox Rusiya şirkət və təşkilatı daxildir.