Yaponiya qripə yoluxdu – 3 milyon adam xəstədir

Yaponiya qripə yoluxdu – 3 milyon adam xəstədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyada qrip xəstəliyi artmaqda davam edir.

TİA.AZ-ın məlumatına görə, bu həftənin əvvəlinə ölkədə qripə yoluxan pasiyentlərin sayı 2,83 milyon nəfərə çatıb. Bu, ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir.

 Hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 pasiyent düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir.

Daha mürəkkəb vəziyyət Küsü adasının cənub-qərbində qeydə alınıb. Burada hər həkim 80 xəstəni müayinə etməlidir.